25 C
Baku
25 Sentyabr 2026, 12:57
DünyaHadisə

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatdı

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Çimborazo əyalətinin Alausi qəsəbəsində yağan leysan yağışlar səbəbi ilə baş verən sürüşmələr nəticəsində insan tələfatı artır.

Ekvador Baş Prokurorluğundan verilən açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 51-ə yüksəldiyi bildirilib. Yerin altında daha 37 nəfərin olduğu deyilir.

Bildirilib ki, axtarış-xilasetmə işlərində 60 əsgər, 34 yanğınsöndürən, 35 polis və dövlət qurumlarından qruplar iştirak edib.

Səlahiyyətlilər sürüşmə nəticəsində 163 evin zərər gördüyünü açıqlasa da, 57 ev tamamilə dağılıb. Bölgədə mindən çox insanın təbii fəlakətdən zərər çəkdiyi deyilir.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu