15 C
Baku
29 Mart 2024, 15:09
Sosial

“Tosu Zəngilanlı”nın narkotikdən istifadə etməsi ilə bağlı iddialar yalandır, qardaşından REAKSİYA – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, “Tosu Zəngilanlı” adı ilə tanınan tiktok fenomeni mərhum Əbülfəz Abbasov bu gün dəfn edilib.AZXEBER.COM saytının əməkdaşları mərhumun dəfn mərasimində iştirak ediblər.

Əbülfəz Abbasovun qardaşı özəl olaraq onun vəfatının təfərrüatını azxeber.com saytı ilə bölüşüb:

“Qardaşım səhər yuxudan durdu və məndən su istədi. Nəfəs alma problemi olduğu üçün onu tez-tez yoxlayırdım. Bir saat sonra yenidən onu yoxlamağa gələndə gördüm ki, artıq keçinib. Bəzi saytlar Tosunun narkotik istifadə etməsi və ya atasının olmaması haqda yazırlar. Tosu ümumiyyətlə narkotik istifadə etməyib. Atası da sağdır. Dünən axşam toyda olub. Amma spirtli içki qəbul etməyib. Ciyərlərində və bronxlarında problem olduğu üçün nəfəs alması da problemli idi”.

Mərhumun nəşi yaşadığı Zəngilan şəhərciyindən Biləcəri qəbiristanlığına aparılıb və orada da dəfn edilib. Qeyd edək ki, mərhumun anası ötən il koronavirusdan vəfat etmişdi.

07:16

Son vaxtlar sosial şəbəkələrdə “Tosu Zəngilanlı” kimi tanınan “TikToker” vəfat edib.

BuGün.TV sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

“Tosu Zəngilanlı”nın bu gün dəfn olunacağı gözlənilir.

Hazırda dəfn prosesinə hazırlıq işləri görülür.

15:10

lkin məlumata görə, o, ötən axşam toy məclisindən evə gəldikdən sonra yatıb, səhər oyanmayıb. 1993-cü il təvəllüdlü Ə.Abbasovun nəfəs darlığından əziyyət çəkdiyi bildirilirdi.

Bizim.Media xəbər verir ki, o, yüksək dozada narkotik maddənin təsirindən dünyasını dəyişib. 

 

Bugün TV

Oxşar xəbərlər

“Hamilə qadın ən azı 7-8 dəfə müayinədən keçməlidir”

Aynur Camal

Tanınmış mütəxəssis gələcəyin jurnalistlərinə ustad dərsi keçdi

Bugün TV

Xarici ölkələrin qida təhlükəsizk qaydaları Azərbaycanda da tanınacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu