10 C
Baku
13 Dekabr 2024, 14:35
İqtisadiyyat

Toyuq əti və yumurtanın qiyməti artıb?-AÇIQLAMA

Ölkəyə xaricdən gətirilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilmə müddəti başa çatıb. Ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə idxal olunan bir sıra yem və yem əlavələri gömrük rüsumundan azad edilib. 31 dekabr 2022-ci il tarixində isə bu güzəştin müddəti bitib sözügedən güzəştin dayandırılması toyuq əti və yumurtanın bahalaşmasına səbəb ola bilər.

Ekspertlər bildirir ki, bir kiloqram ətin maya dəyərinin 60 faizində yemin qiyməti rol oynayır. Təbii ki, yemin qiymətində bahalaşma olarsa, bu ətə də təsir edəcək.

Quş Əti Yem İstehsalı Assosiasiyasının sədri Mürvət Həsənli Bugun.tv-yə bildirir ki, keçən ilin avqust ayında soya şrotunun əlavə dəyər vergisinin qaldırılması ilə   qiymətlər endi. Qiymətdən də ƏDV-nin qaldırılması istənilən halda toyuq ətində 12-15 qəpik arasında qiymətin aşağı enməsinə səbəb oldu. Yanvarın 1-dən gəirilən soya əlavə dəyər vergisinin ödənilməsi qiymətin qalxma ehtimalını yüksək dəyərləndirmək olar. Toyuq ətinin hər kiloqramında 15-25 qəpik, süfrə yumurtasının qiymətində isə 2-3 qəpiyədək artım olunacağı gözlənilir.

Mürvət Həsənli Novruz bayramı ərəfəsi və Novruz bayramı sonrası toyuq ətinin qiymətində bir müddət qalxma ehtimalı ola biləcəyini deyir.

Qeyd edək ki, hazırda yumurtalar müxtəlif qiymətə satılır. Beləki, ağ yumurta 17 qəpik, sarı rəngli yumurtaların qiyməti isə 25-45 qəpik arası dəyişir.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Dünyanın üçüncü ən böyük iqtisadiyyatı adı dəyişdi

Aynur Camal

“Taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində görülən tədbirlər bir sıra problemlərin həllinə kömək edəcək”

Nigar Məmmədova

Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmir edilib.

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu