Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2001-ci il 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar Pentaqonda keçirilən anım mərasimində çıxış edib.
Tramp çıxışında həmin terror aktlarında həyatını itirən təxminən 3 min insanı yad edib. O bildirib ki, hadisədən 25 il keçməsinə baxmayaraq, 11 sentyabr ABŞ cəmiyyətinin yaddaşından silinməyib.
“Bu gün, 25 il əvvəl verdiyimiz sözü yenidən təsdiqləyirik. Heç vaxt, amma heç vaxt unutmayacağıq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti 11 sentyabr hücumları zamanı həyatını itirənlərlə yanaşı, sonrakı illərdə həmin hadisələrin yaratdığı ağır sağlamlıq problemləri nəticəsində vəfat edən insanları da xatırlayıb. O, başqalarını xilas etmək üçün həyatlarını təhlükəyə atan və həyatını itirən yanğınsöndürən, polis əməkdaşları və digər qəhrəmanları xüsusi ehtiramla yad edib
Tramp çıxışında müasir təhlükəsizlik məsələlərinə də toxunub. O, ABŞ-ın İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bir daha vurğulayıb və bu istiqamətdə ölkəsinin mövqeyinin dəyişmədiyini bildirib.

ABŞ Prezidenti son 25 ilin ölkəsinin dözümlülüyünü və mübarizə əzmini nümayiş etdirdiyini deyib. Onun sözlərinə görə, ABŞ hazırda əvvəlkindən daha güclüdür.
Tramp gələcək nəsillərin də 11 sentyabr hadisələrində həyatını itirənləri və insanları xilas etmək üçün mübarizə aparan qəhrəmanları xatırlayacağını qeyd edib və çıxışının sonunda “Biz heç vaxt unutmuruq” mesajını səsləndirib.
Mənbə: EnSonHaber
