ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın iqtisadi problemlərinə görə prezident Co Baydeni günahlandırıb.
“İqtisadiyyatımızda baş verənlərlə, ABŞ tarixində ən böyük və ən axmaq vergi artımı ilə bağlı irəli sürülən təkliflərlə Co Bayden müasir dövrün Herbert Huver (1929-1933-cü illərdə ABŞ prezidenti) kimi tarixə düşəcək. Bizi 1929-cu ildən daha böyük və güclü depressiya gözləyir. Bunun sübutu kimi banklar artıq çökməyə başlayır”.
Bugun.tv xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Truth Social şəbəkəsində yazıb.
Qeyd edək ki, Kaliforniyanın Maliyyə Müdafiəsi Departamenti ABŞ-ın 16-cı ən böyük bankı olan Silicon Valley Bankın müflis olduğunu elan etdi.