Donald Tramp, ABŞ Ali Məhkəməsi, seçici siyahıları, ABŞ seçkiləri, SAVE məlumat bazası, Amerika siyasəti,
Dünya

Tramp administrasiyası seçici bazası ilə bağlı məsələni Ali Məhkəməyə çıxardı

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası seçici siyahılarının yoxlanılmasında federal məlumat bazasından istifadə etmək üçün Ali Məhkəməyə müraciət edib.

Reuters-in yaydığı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi məhkəmədən federal hakimin iyun ayında verdiyi qərarı dayandırmağı xahiş edib. Həmin qərarla vətəndaşlıq məlumatlarının seçici siyahılarının kütləvi şəkildə yoxlanılması üçün istifadəsi məhdudlaşdırılmışdı.

Tramp administrasiyası hesab edir ki, yenilənmiş SAVE məlumat bazası seçkilərin dürüstlüyünün yoxlanmasına və ştatların seçicilərin vətəndaşlığını müəyyənləşdirməsinə kömək edə bilər.

Tənqidçilər isə sistemin səhvlərə yol aça biləcəyini bildirirlər. Onların fikrincə, yanlış məlumatlar ABŞ vətəndaşı olan şəxslərin də seçici siyahılarından çıxarılması riskini yarada bilər.

Məsələ noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində xüsusi siyasi əhəmiyyət daşıyır. ABŞ-da seçici siyahıları, vətəndaşlığın yoxlanılması və federal hökumətin seçki prosesində rolu ətrafında mübahisələr son aylarda daha da güclənib.

İndi son qərarın ABŞ Ali Məhkəməsi tərəfindən verilməsi gözlənilir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı

Aynur Camal

Bu gün Çempionlar Liqasında yeni futbol mövsümü başlayır

Aynur Camal

ABŞ Çindəki süni intellekt şirkətlərini texnologiya oğurluğunda ittiham etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu