Image default
Dünya

Tramp Baydenin səlahiyyət müddəti bitməmiş üçüncü dünya müharibəsinin mümkün başlayacağını açıqladı

Bugun.tv xəbər verir ki, Amerikanın hazırkı lideri Co Baydenin prezidentliyi başa çatmamış belə üçüncü dünya müharibəsi başlaya bilər. Bunu ABŞ-ın keçmiş prezidenti və 2024-cü il seçkilərinə namizəd Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.

Ağ Evin keçmiş rəhbəri “9 ay uzun müddətdir. Çox böyük ehtimal var ki, onun səlahiyyət müddəti başa çatana qədər biz üçüncü dünya müharibəsi ilə üzləşəcəyik, çünki o, öz işini görmür” bildirib.

Onun sözlərinə görə, Baydenə hörmət edilmir. Siyasətçi üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyi üçün bütün dünyada ona gülürlər.

Daha əvvəl Tramp demişdi ki, yenidən seçilərsə, ilk işinin ölkə sərhədlərini bağlamaq. Qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq olacaq. Siyasətçi vurğulayıb ki, “kütləvi deportasiyanı təşkil etmək” lazımdır.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu