Donald Tramp cinsi dəyişikliyi qəbul etmir
Baş xəbərDünya

Tramp: “Dünyanın ən böyük problemi qlobal istiləşmə deyil”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, “nüvə istiləşməsi” qlobal istiləşməni üstələyən dünyanın üzləşdiyi ən böyük problemdir.

“Heç kim nüvədən danışmır. Hazırda dünyanın ən böyük problemi nüvə istiləşməsidir, qlobal istiləşmə deyil. Bu, bir neçə saniyəyə baş verəbilər. Bunun üçün 200-300 il gözləmək lazım deyil” – deyə Tramp vurğulayıb.

Rusiyanın nüvə silahı potensialı və onun Ukraynaya təsirləri ilə bağlı narahatlığını dilə gətirən Tramp, “Ukrayna məhv edilir. Tutaq ki, bu belə deyil. Rusiya prezidenti Vladimir Putin nüvə silahını işə salmaq istəsə necə?, bu hər şeyin sonu olar” –  cümlələrini işlədib.

2024-cü il prezident seçkilərindən imtina edib-etməyəcəyi ilə bağlı suala isə Tramp “heç bir halda yarışı tərk etməyəcəyini” vurğulayıb.

Eyni zamanda Tramp ölkə tarixində ona qarşı irəli sürülən ittihamlarla məhkəmə qarşısına çıxan ilk eks-prezident kimi qeyd edilir.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Payızda sağlam qalmaq üçün hansı məhsulları qəbul etmək lazımdır?

Aynur Camal

Parisdə Avropanın kosmik sahədə mövqeyini gücləndirmək üçün sammit keçiriləcək

Aynur Camal

Alimlər beyni olmayan canlıların “düşünməsi” məsələsini yenidən müzakirə edirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu