Bugun.tv – ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, İranın pilotsuz uçuş aparatları Hörmüz boğazından keçən neft tankerini hədəfə alıb.
Onun sözlərinə görə, İranın dörd pilotsuz aparatı tankeri izləyib və onlardan biri gəminin üst göyərtəsinə zərbə endirib. Buna baxmayaraq, tanker hərəkətini davam etdirib.
ABŞ prezidenti qeyd edib ki, digər üç pilotsuz aparat ABŞ ordusu tərəfindən vurularaq məhv edilib.
“Düzünü desəm, bu, əldə etdiyimiz atəşkəs razılaşmasının axmaqcasına pozulmasıdır”, – deyə Tramp vurğulayıb.
İran tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mənbə: Anadolu Agentliyi
