Image default
Dünya

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Livan prezidenti Cozef Aunu Ağ Evdə qəbul edib. Bu, Livan prezidentinin son təxminən iyirmi ildə Ağ Evə ilk rəsmi səfəri hesab olunur. Görüşdə əsas diqqət Livan-İsrail münasibətlərinin normallaşdırılması, sərhəd təhlükəsizliyi və bölgədə sabitliyin təmin edilməsinə yönəlib.

Məlumata görə, Cozef Aun ABŞ administrasiyasına Livanın cənubunda dövlət nəzarətinin gücləndirilməsi və silahlı qrupların tərksilahına dair plan təqdim edib. O, eyni zamanda İsrail qoşunlarının Livan ərazilərindən tam çıxarılmasının vacibliyini vurğulayıb.

Donald Tramp isə ABŞ-ın Livanda sabitliyin təmin olunmasına dəstəyini davam etdirəcəyini bildirib. O, həmçinin ABŞ aviaşirkətlərinə 1985-ci ildən sonra ilk dəfə Livana birbaşa uçuşların bərpası üçün göstəriş verdiyini açıqlayıb. Bununla yanaşı, təhlükəsizlik qiymətləndirmələri tamamlanana qədər uçuşların mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub.

Tərəflər Vaşinqtonun vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunan çərçivə razılaşmasının icrası, bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi və diplomatik təmasların davam etdirilməsi məsələlərini də müzakirə ediblər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

ABŞ: İranla müharibənin xərci 37,5 milyard dollara çatdı

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu