ABŞ-ın seçilmiş prezidenti Donald Tramp məşhur aktyorlar Mel Gibson, Silvester Stallone və Con Voight-ı “Hollivud xüsusi elçiləri” seçdiyini açıqlayıb.
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabından açıqlama verib.
Tramp açıqlamasında Hollivudun son 4 ildə gerilədiyini iddia edərək, Mel Gibson, Sylvester Stallone və Jon Voight-ı “Hollivud üçün xüsusi nümayəndə” seçdiyini açıqlayıb.
Tramp Hollivudu yenidən möhtəşəm etmək üçün bu addımı atdığını bildirib.
Hollivudun son illərdə “xarici ölkələrə” çox şey itirdiyini qeyd edən Tramp, “Eynən ABŞ kimi Hollivudun qızıl dövrü (prezidentliyim dövründə) yenidən olacaq” deyib.
Hər üç aktyor müxtəlif vaxtlarda açıqlamalarında Trampı dəstəklədiklərini bildiriblər.
Mənbə: EnSonHaber