İsrail Baş naziri Binyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəliblər. Görüşlər ABŞ-da senator Lindsi Qrehemin dəfn mərasimi öncəsi baş tutub.
Məlumata görə, əvvəlcə Volodimir Zelenski Donald Trampla görüşüb. Ukrayna lideri Ağ Evdən ayrıldıqdan təxminən 15 dəqiqə sonra Binyamin Netanyahu binaya daxil olub.
Trampın Netanyahu ilə qapalı görüşü təxminən bir saat yarım davam edib. Ağ Evin mətbuat katibi Karolin Leavitt görüşü “müsbət və məhsuldar” kimi qiymətləndirib. Görüşün detalları barədə əlavə məlumatların veriləcəyi bildirilib.
Görüşlər ABŞ-ın Yaxın Şərq və Ukrayna siyasəti ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu dövrə təsadüf edir. Vaşinqtonda İsrail, Ukrayna və ABŞ arasında münasibətlər, regional təhlükəsizlik və davam edən münaqişələr əsas diqqət mərkəzindədir.
Bu arada ABŞ daxilində siyasi gündəmdə digər məsələ də gündəmə gəlib. Kentukki qubernatoru Endi Beşir səhhətində problemlər yaşayan respublikaçı senator Mitç Makkonneldən ya seçicilərə birbaşa müraciət edərək vəzifəsini yerinə yetirmək imkanında olduğunu göstərməsini, ya da istefa verməsini tələb edib.
84 yaşlı Makkonnell bir müddət əvvəl yıxılaraq xəstəxanaya yerləşdirilib və hazırda bərpa müalicəsi keçir. Onun ofisindən verilən açıqlamada senatorun iş qrafikinə qayıtmaq üçün çalışdığı bildirilib.
Beşir isə qeyd edib ki, Makkonnell uzun müddətdir rəsmi fəaliyyətlərdə iştirak etmir və seçicilərlə əlaqə saxlamır. Qubernator şəffaflıq tələb edərək senatorun vəzifəsini davam etdirmək qabiliyyətini sübut etməli olduğunu bildirib.
Mənbə: The Guardian
