Dünya

Tramp Ontario gölünün adını “Amerika gölü” qoymağı düşünür

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət qarşıdurmasının daha da kəskinləşdiyi bir vaxtda Ontario gölünün adının dəyişdirilməsi məsələsini gündəmə gətirib.

Associated Press-in məlumatına görə, Tramp Ontario gölünün adını “Lake America” – “Amerika gölü” olaraq dəyişdirməyi düşündüyünü bildirib. Söhbət ABŞ və Kanada sərhədində yerləşən, iki ölkənin paylaşdığı böyük su hövzəsindən gedir.

Trampın bu açıqlaması Vaşinqton və Ottava arasında ticarət müharibəsinin yeni mərhələyə keçdiyi gün səslənib. Kanada ABŞ-ın tətbiq etdiyi tariflərə cavab olaraq təxminən 20 milyard dollar dəyərində Amerika məhsuluna qarşı rüsumlar tətbiq edib. Yeni tariflər polad, süd məhsulları, məişət texnikası və kənd təsərrüfatı avadanlıqları da daxil olmaqla müxtəlif məhsullara şamil olunur.

ABŞ və Kanada arasında onsuz da gərgin olan münasibətlər fonunda gölün adının dəyişdirilməsi təklifi sosial və siyasi müzakirələrə səbəb olub. Ontario gölü coğrafi baxımdan hər iki ölkəyə aid olduğundan, belə bir ad dəyişikliyinin Kanada tərəfindən qəbul edilib-edilməyəcəyi də ayrıca sual doğurur.

AP qeyd edir ki, Trampın təklifi ABŞ və Kanada arasında qarşılıqlı tariflərin tətbiq edildiyi və iki ölkənin iqtisadi əlaqələrinin daha da gərginləşdiyi bir vaxta təsadüf edir.

Mənbə: AP News

Aynur Camal

Oxşar xəbərlər

Venesiya yaxınlığındakı Napoleon qalalı ada satışa çıxarıldı

Aynur Camal

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvaya endi

Aynur Camal

ABŞ-ın İrana qarşı sanksiyaları Çinlə münasibətlərə də təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu