ABŞ Prezidenti Donald Tramp ölkə tarixində nadir rast gəlinən addım ataraq, öz adını daşıyacaq hərbi gəmilərin inşa olunmasını təklif edib. “Trump” sinfi döyüş gəmiləri ideyası ABŞ-da həm siyasi, həm də ictimai müzakirələrə səbəb olub. Mütəxəssislər bunu simvolik və siyasi mesaj kimi qiymətləndirirlər.
Bununla yanaşı, Tramp administrasiyası bir sıra mühüm diplomatik dəyişikliklərə də start verib. Məlumata görə, 30-dan çox səfir geri çağırılıb, bəzi beynəlxalq proqramlar isə dayandırılıb. Bu addımlar ABŞ-ın xarici siyasət kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Prezident Tramp həmçinin Rusiya və Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı açıqlama verərək, dialoqun davam etdiyini bildirib. Lakin ekspertlər qeyd edir ki, mövcud şəraitdə qısa müddətdə real nəticə əldə etmək çətin görünür.
Mənbə: The Guardian
