DünyaSiyasət

Tramp Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etdi

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Baş nazir Nikol Paşinyanı təbrik edib.

İyunun 7-də Ermənistanda keçirilən ümumi seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası parlamentdə təkbaşına çoxluq əldə edib.

Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı təbrik mesajında Paşinyanın seçkilərdə qazandığı qələbəni yüksək qiymətləndirib.

ABŞ Prezidenti bildirib ki, Nikol Paşinyanın yenidən seçilməsi üçün ona dəstək verməkdən qürur duyub.

“Ermənistanda keçirilən ümumi seçkilərdə əldə etdiyi qəti qələbə münasibətilə Nikol Paşinyanı təbrik edirəm. Yenidən seçilməsi üçün onu dəstəkləməkdən böyük qürur duydum. Əminəm ki, Ermənistan onun rəhbərliyi altında hər kəsin gözləntilərini üstələyən uğurlara imza atacaq”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Mülki Müqavilə Partiyası parlamentdə hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat qazanıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Yatmazdan əvvəl narahatedici fikirlərdən qurtulmağın sadə yolu açıqlandı

Aynur Camal

Trampdan İrana sərt xəbərdarlıq: Razılaşma imzalanmasa, yenidən zərbə endirəcəyik

Aynur Camal

ABŞ İranda çoxsaylı hədəflərə zərbələr endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu