Image default
Dünya

Tramp və Makron Fələstin gərginliyi haqqında: Mən həyatım boyu İsrailin tərəfində olmuşam

Fransa prezidenti Makron və ABŞ prezidenti Tramp BMT-dəki görüşü zamanı Fələstinin tanınması ilə bağlı mübahisə edib. Qəzzada hərbi vasitələrin nəticə əldə edə bilmədiyini qeyd edən Makron, “Bizim də siyasi perspektivə ehtiyacımız var və buna görə də bunu tanımağa qərar verdik” deyib.

Tramp isə “Mən bütün həyatım boyu İsrailin tərəfində olmuşam” deyib.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Görüş zamanı Makron və Tramp arasında Fələstin mübahisəsi yaranıb.

Makronla güclü əməkdaşlığını vurğulayan Tramp, “Emmanuel həqiqətən həll etdiyimiz yeddi müharibənin bir neçəsində mənə kömək etdi. Ən böyük məyusluq Ukrayna və Rusiya məsələsidir, amma düşünürəm ki, bu, sonunda baş verəcək. Bunun xaricində yeddi müharibəni həll etdik”.

Tramp daha sonra “İsrailin tərəfində olduğumu deməliyəm. Mən bütün həyatım boyu İsrailin tərəfində olmuşam. Biz bir həll tapacağıq və inşallah, bu, hamı üçün yaxşı bir həll olacaq. Ancaq dayanmağın vaxtıdır. Çox vacib bir görüş keçirəcəyik. Düşünürəm ki, bir saat sonra keçirəcəyimiz görüş burada keçirəcəyimiz ən mühüm görüşlərdən biri olacaq” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu