Yaxın Şərq turu çərçivəsində Qətərə səfər edən ABŞ prezidenti Donald Tramp Qatar Airways-in Amerika təyyarə istehsal edən Boeing şirkəti ilə 160 təyyarə üçün 200 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə Tramp arasında Dohada keçirilən ikitərəfli görüşdən sonra tərəflər arasında müdafiə və aviasiya kimi bir çox sahədə ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.
Qətər Əmiri Əl Tani imzalanma mərasimindən sonra çıxışında deyib: “Prezident Trampla təxminən iki saat ərzində xoş görüş keçirdik. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyətlə bağlı bir çox məsələləri müzakirə etdik. Bu müqavilələri imzaladıqdan sonra ABŞ və Qətər arasındakı əlaqələri yeni səviyyəyə qaldırdıq. Bu tarixi səfərə görə prezident Trampa bir daha təşəkkür etmək istəyirəm” ifadəsini işlədib.
ABŞ prezidenti Donald Tramp da Əl Tani ilə apardıqları ikitərəfli danışıqlarda “Rusiya, Ukrayna və dünya ilə bağlı bir çox mövzunu müzakirə etdiklərini” ifadə edərək, “Çox maraqlı bir vəziyyətin yaşandığı İranı müzakirə etdik. Düşünürəm ki, bunun sonu yaxşı olacaq. Bir şəkildə yaxşı bitməlidir. Çox faydalı oldunuz” deyib.
Qatar Airways və Amerika təyyarə istehsal edən şirkət Boeing ilə imzalanan təyyarə alqı-satqısı müqaviləsinə toxunan Tramp, Qətərin Boeing-dən 160 təyyarə almaq üçün 200 milyard dollar dəyərində müqavilə imzaladığını və bunun “Boeing tarixindəki ən böyük müqavilə” olduğunu bildirib.
Tramp ABŞ döyüş təyyarələrinin sabah nümayiş keçirəcəyini paylaşıb və Qətər əmirinə “dostluğuna” görə təşəkkür edib.
Mənbə: TgrtHaber