Baş xəbərDünya

Tramp və Makron görüşü baş tutdu

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Tramp görüşdən əvvəl verdiyi açıqlamada “Ağıllı davransaq, düşünürəm ki, Ukraynadakı müharibə tezliklə, həftələr ərzində bitə bilər” deyib.

Görüşdən əvvəl Tramp Ukraynadakı müharibəni sona çatdırmaq üçün göstərdiyi səyləri vurğulayaraq, “Bir neçə həftə kimi qısa müddətdə uzun bir yol qət etdik. Ağıllı davransaq, düşünürəm ki, Ukraynadakı müharibə tezliklə, həftələr ərzində bitə bilər. Prezident Makron da bu prosesdə çox kömək etdi”.

ABŞ və Fransa arasındakı ticarət əlaqələrinə də toxunan Tramp, “Fransa ilə xüsusi münasibətimiz var və bunu uzun illər davam etdirmək istəyirik” deyib.

Ukrayna üçün təhlükəsizlik təminatlarına toxunan Tramp Avropanın bu prosesdə fəal rol oynayacağını ifadə edərək, “Avropanın Ukraynanın təhlükəsizliyini təmin etmək üçün addımlar atacağına əminəm. Razılaşma əldə edildikdən sonra müharibə bitəcək və hər kəs öz işinə qayıdacaq” deyib.

Tramp həmçinin yaxın vaxtlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirərək, “Prezident Zelenski ilə görüşəcəyəm. O, hətta bu həftə və ya gələn həftə müqavilə imzalamaq üçün gələ bilər” deyib.

Tramp bəyan edib ki, o, Ukraynanın ABŞ-la nadir yeraltı faydalı qazıntılara dair müqavilə imzalamasını gözləyir.

 “UKRAYNADA MÜHARİBƏ 3-cü DÜNYA MÜHARİBƏSİNƏ ÇEVİRƏ BİLƏR”

Ukraynadakı müharibənin daha böyük qlobal qarşıdurmaya səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edən Tramp, “Bu müharibə çox qanlı və qəddardır. Hər həftə minlərlə insan ölür. Nəzarət olunmasa, üçüncü dünya müharibəsinə çevrilə bilər. Biz də buna imkan verməyəcəyik” deyib.

Avropa ölkələrinin Ukraynada sülhü qorumaq üçün addım ata biləcəyini ifadə edən Tramp, “Rusiya prezidenti Vladimir Putin, Avropa sülhməramlı qüvvələrinin müharibə bitdikdən sonra Ukraynada xidmət etməsini qəbul edəcək. Fransa da daxil olmaqla bir çox Avropa ölkəsi bu məsələdə rol oynaya bilər” deyib.

 “AVROPA BİZDƏN NƏ TƏLƏB EDİRSƏ, BİZ ONLARDAN EYNİsİNİ TƏLƏB EDİRİK”

Avropa ilə ticarətə də toxunan Tramp Avropanın Ukraynaya verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib və ABŞ-ın iqtisadi töhfəsini davam etdirəcəyini bildirib.

Tramp həmçinin Avropa Birliyi ilə qarşılıqlılıq əsasında ticarət tarifləri üzərində çalışdıqlarını ifadə edərək, “Avropa bizdən nə tələb edirsə, biz də onlardan eynisini tələb edirik. Bu, tamamilə qarşılıqlı vəziyyətdir” deyib.

RUSİYA İLƏ İQTİSADİ MÜNASİBƏTLƏR

Rusiya ilə mümkün iqtisadi əməkdaşlığa toxunan Tramp, “Rusiyanın böyük miqdarda nadir torpaq elementləri və digər ehtiyatları var. Əgər əməkdaşlıq edə bilsək, bu, dünya sülhü və daimi sabitlik üçün çox yaxşı olar” dedi.

 “UKRAYNANI İTİRDİYİ TORPAQLARINI GERİ ALMAĞI ÇƏTİN OLACAQ”

Ukraynadakı müharibə ilə bağlı sualı cavablandıran Tramp, “İtirilmiş torpaqları geri almaq asan olmayacaq. Ancaq danışıqlar nəticəsində bəzi bölgələri geri almaq mümkün ola bilər” deyib.

Fransa prezidenti Makron Ukraynadakı müharibənin üçüncü ilinə qədəm qoyduğunu xatırladaraq, “Ortaq məqsədimiz möhkəm və uzunmüddətli sülhdür” deyib.

Ukrayna xalqının cəsarətini və müqavimətini tərifləyən Makron, “Sülhün təmin edilməsi üçün güclü təminatlar olmalıdır” deyib.

ABŞ və Fransanın tarix boyu həmişə “sağ tərəfdə” olduğunu vurğulayan Makron, Avropanın da daha güclü və etibarlı tərəfdaş kimi prosesə qatılacağını bildirib.

Makron Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın yenidən qurulması üçün istifadə edilməsi ideyasını dəstəklədiklərini bildirib.

Ukraynanın ərazi bütövlüyünə sadiq qaldıqlarını vurğulayan Makron, “Bu mövzunu danışıqlar prosesi çərçivəsində müzakirə edəcəyik” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı oldu

Nigar Məmmədova

Ağdaşda “Kalaşnikov” avtomadətı tapıldı

Kəmalə Sultan

Kompüteri uzunömürlü etməyin yolları – TÖVSİYYƏ

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu