26 C
Baku
26 Sentyabr 2026, 15:53
Baş xəbərDünya

Analar üçün ömürlük vergi azadlığı

Macarıstanın Baş naziri Viktor Orban, Avropada ən əhatəli vergi endirimi proqramını həyata keçirəcəklərini və 2 və 3 uşaqlı anaları ömürlük gəlir vergisindən azad edəcəklərini bildirib. Dünyada əhali siyasətinin artırılması istiqamətində müxtəlif addımlar atılır.

Nəhayət, Türkiyədən sonra başqa bir ölkə ailələr üçün uşaq təşviq paketi elan etdi.

Macarıstanın baş naziri Viktor Orban Macarıstan Milli Məclisində hökumətin bu il iqtisadi sahədə atacağı addımlarla bağlı açıqlamalar verib. 2025-ci ili sıçrayış ili olaraq xarakterizə edən Orban, 2 və 3 uşaqlı analar üçün ömürlük gəlir vergisindən azad edəcəklərini söylədi.

Orban dedi: Biz həmçinin Avropanın ən əhatəli vergilərin azaldılması proqramını həyata keçirəcəyik. Mən bunu sıçrayış adlandırıram. Biz 2 və 3 uşağı olan analar üçün tam, ömürlük gəlir vergisindən azad edirik.

Orban qeyd edib ki, tənzimləmə üç uşaqlı analar üçün 2025-ci ilin oktyabrında, iki uşaqlı analar üçün isə 2026-cı ilin yanvarında qüvvəyə minəcək.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu