Donald Tramp, Volodimir Zelenski, Vladimir Putin, Rusiya-Ukrayna müharibəsi, Rusiya neft emalı zavodları, enerji atəşkəsi, neft qiymətləri, ABŞ Ukrayna münasibətləri
Dünya

Tramp Zelenskiyə sərt reaksiya verdi: Putinlə işləmək daha asandır

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları bərpa etməsini “utancverici” adlandıraraq Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib.

Tramp bu barədə Newsmax telekanalına müsahibəsində danışıb. Yanacaq qiymətlərinin artmasına diqqət çəkən ABŞ lideri hücumları tənqid edərək, “Bu, utancvericidir! Hədəf alınacaq çoxlu başqa yerlər var”, – deyə bildirib.

Tramp Zelenski ilə işləməyin çətin olduğunu iddia edib

ABŞ Prezidenti Zelenskinin addımlarının dünya bazarında neft qiymətlərinin artmasına səbəb olduğunu irəli sürüb. O, Ukrayna lideri ilə işləməyin Rusiya Prezidenti Vladimir Putinlə işləməkdən daha çətin olduğunu bildirib.

Tramp, həmçinin Zelenskinin razılaşma əldə etmək istəmədiyini, sadəcə, bunu istəyirmiş kimi göründüyünü iddia edib.

Rusiya neft emalı zavoduna hücum

Rusiya Federasiyasının Ryazan vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə hücum edilib. TRT Haber-in məlumatına görə, bu, Trampın bazar günü Moskva ilə Kiyevin enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılığa gəldiyini açıqlamasından sonra Rusiyanın enerji infrastrukturuna edilən ilk hücum olub.

Zelenski isə cümə axşamı verdiyi açıqlamada Rusiya neft emalı zavodlarına qarşı hücumların yenidən başlayacağını bildirib. O, Trampı müharibədə “təcavüzkarın” tərəfində dayanmamağa çağırıb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Elektrikli avtomobillərin batareyaları İndoneziyada meşələrin qırılması ilə əlaqələndirilir

Aynur Camal

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu