Baş xəbərDünya

Trampa qarşı etiraz aksiyaları

Minlərlə insan Los-Ancelesdə Trampın siyasətinə qarşı ümummilli “Əlləri bağla” kampaniyası zamanı toplaşır.

Minlərlə insan Los-Anceles şəhərinin mərkəzində toplaşaraq ABŞ prezidenti Donald Tramp və Elon Maskın federal hökumətdəki köklü dəyişikliklərinə etiraz ediblər.

Etiraz ABŞ-ın bütün 50 ştatında və xaricdəki şəhərlərdə, o cümlədən Kanada, Meksika və Avropanın bəzi yerlərində 1200-dən çox mitinq keçirmiş “Əlləri bağla” kampaniyasının bir hissəsi idi.

Etirazçılar Perşinq meydanına toplaşaraq Tramp administrasiyası və Maskın federal agentlikləri kiçiltmək məqsədi daşıyan yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentinin “ailələrə, iş yerlərinə, səhiyyə və sosial təminata hücumunu” pisləyiblər.

Bəzi etirazçılar xarici mediaya deyiblər: “İndi onları yalnız xalq gücü dayandıra bilər. Kütləvi üsyanın vaxtıdır! Yalnız kütləvi etirazlarda küçələrə çıxmaqla biz oğurluğu dayandıra və Sosial Müdafiəni, azlıq proqramlarını, veteranları və qocaları xilas edə bilərik” deyib.

Nümayişçilər həmçinin Tramp və Maskı tənqid edən, onları demokratiya və sosial rifahı pozmaqda ittiham edən lövhələr və şüarlar səsləndiriblər.

Bəzi etirazçılar belə şüarlar səsləndiriblər: “Faşizmə müqavimət göstərin! Tramp bizim kralımız deyil! Acgöz zənginlər kasıb və orta təbəqədən oğurlayır!” şüarlar səsləndirdi.

Los-Ancelesdəki nümayiş Cənubi Kaliforniyanın onlarla şəhərində, o cümlədən Pasadena, Torrance, Santa Ana və Riverside-da keçirilən oxşar etirazlara bənzəyirdi.

Ümummilli səy, hazırda çox ştatlı “Oliqarxiya ilə mübarizə” turunda olan senator Bernie Sanders və nümayəndə Alexandria Ocasio-Cortez tərəfindən də dəstək qazandı.

Onların kampaniyası mesajlarını yeddi ştatda və daha milyonlarla onlayn mitinqlərlə gücləndirdi; Aprelin 12-də Los-Ancelesdə keçiriləcək tədbirin böyük izdihamlı olacağı gözlənilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən pis qoxulu çiçəkləri eyni vaxtda çiçək açdı

Aynur Camal

Güclü yağış və fırtına xəbərdarlığı

İntizar Əmirova

Jalə Əhmədova: “Fransada jurnalistlərimizə qarşı baş vermiş bu hadisə media azadlığına kobud müdaxilədir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu