27 C
Baku
27 İyul 2024, 8:14
Dünya

Trampdan Netanyahuya sərt tənqid

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Netanyahunu Qəzzadakı prosesləri idarə etdiyinə görə tənqid edib.

ABŞ-ın keçmiş prezidenti Tramp “Time” jurnalına müsahibəsində İsrail və Qəzzadakı vəziyyətlə bağlı geniş dəyərləndirmələr edib.

İsrailin baş naziri Netanyahunun Qəzzadakı prosesi səhv idarə etdiyini bildirən Tramp, HƏMAS-ın 7 oktyabr hücumları ilə ortaya çıxan “uğursuzluğun” Netanyahuya aid olduğunu müdafiə edib.

Qəzzadakı müharibəni dayandırmaq üçün ABŞ-ın İsrailə silah dəstəyini dayandırmağı düşünüb-düşünməyəcəyini soruşduqda, Tramp buna məhəl qoymayacağını deyib.

7 oktyabr hadisələrində İranla yanaşı, Həmas-ı da günahlandıran Tramp prezident olsaydı, bu hücumların heç vaxt baş verməyəcəyini iddia edib. Tramp İsrailə ən böyük dəstəyi verən ABŞ prezidenti olduğunu iddia edib və yenidən prezident olacağı təqdirdə bu ölkəyə ən güclü dəstəyi verəcəyini bəyan edib.

Digər tərəfdən, Tramp İsrail ordusunun Qəzzaya hücumları ilə bağlı “Məncə, İsrail çox pis bir şey etdi, İsrail qüvvələri hər gecə insanların da daxil olduğu binaları bombalayaraq, dağıdan görüntülər yaymamalıdır, amma bunu edirlər” qiymətləndirməsini etdi.

“Onlar PR müharibəsini uduzurlar və çox pis uduzurlar”, – Tramp deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Polşaya keçən ukraynalıların sayı 14 milyonu ötüb

Kəmalə Sultan

Hərbi helikopter qəzaya uğradı: 2 nəfər öldü

Aynur Camal

Kremlin iddia edir ki, Kiyev rusların qətlində ortaqdır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu