Image default
Dünya

Trampın Çaqos adalarını almağı düşündüyü iddia olunur

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Hind okeanında yerləşən Çaqos adalarını Mavrikidən satın almaq imkanını nəzərdən keçirdiyi iddia olunub.

Britaniya mətbuatında yayılan məlumatlara görə, bu planın əsas məqsədi strateji əhəmiyyətə malik Diego Qarsiya hərbi bazası üzərində nəzarəti birbaşa təmin etməkdir.

Məlumata əsasən, Vaşinqton adaların gələcək statusu ilə bağlı müxtəlif variantları müzakirə edir. Bildirilir ki, ABŞ administrasiyasında bəzi rəsmilər adaların Mavrikiyə verilməsinin bölgədə Çin təsirinin artmasına və potensial təhlükəsizlik risklərinə səbəb ola biləcəyindən narahatdır.

Ağ Ev isə Çaqos adalarının mümkün satın alınması ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib.

Diego Qarsiya adası ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi mühüm hərbi bazaya ev sahibliyi edir. Hind okeanının mərkəzində yerləşən baza Yaxın Şərq və Asiya istiqamətində hərbi əməliyyatlar üçün strateji əhəmiyyət daşıyır.

Ekspertlər hesab edirlər ki, Çaqos adalarının gələcəyi ilə bağlı müzakirələr bölgədə geosiyasi rəqabətin daha da gücləndiyini göstərir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

ABŞ Çinlə danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması məsələsini gündəmə gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu