DünyaHadisə

Trampın sosial media hesabları blokdan çıxarıldı

“Bu gündən başlayaraq Donald J.Trampın YouTube kanalı fəaliyyətinə  davam edə bilər. Biz real dünyada mövcud olan zorakılıq riskini diqqətlə qiymətləndirdik. Eyni zamanda, seçicilərin seçki ərəfəsində fikrini səsləndirmə şansını tarazladıq. YouTubedakı hər hansı digər kanal kimi bu da siyasətlərimizə tabe olmağa davam edəcək”.

Bugun.tv xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.

Daha əvvəl Trampın Twitter və Facebook hesabları blokdan çıxarılıb. Lakin keçmiş prezident həmin platformalardakı fəaliyyətinə qayıtmayıb. O, Truth Social sosial şəbəkəsindən və Rumble video hostinq saytından istifadə edir.

Xatırladaq ki,  Donald Trampın tərəfdarlarının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumundan sonra eks prezidentin  YouTube kanalı bloklanmışdı.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu