6 C
Baku
24 Fevral 2026, 14:38
İqtisadiyyat

Trampın yeni rüsumu gözləniləndən daha aşağı səviyyədə qüvvəyə minib

ABŞ Prezidenti Donald Trump-ın elan etdiyi yeni qlobal idxal rüsumları gözləniləndən daha aşağı səviyyədə qüvvəyə minib.

Prezident əvvəlcə 10%-lik tarif tətbiq ediləcəyini bildirmiş, daha sonra isə bu göstəricinin 15%-ə qaldırılacağını açıqlamışdı. Lakin rəsmi sənədlərə əsasən, tariflər çərşənbə axşamından etibarən 10% səviyyəsində müəyyən edilib və daha yüksək dərəcə ilə bağlı göstəriş verilməyib.

Qərar ABŞ Ali Məhkəməsinin prezidentin genişmiqyaslı idxal vergilərinin bir hissəsini bloklamasından sonra verilib. Məhkəmə 6-3 nisbətində qərar çıxararaq, administrasiyanın 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunundan istifadə edərək tətbiq etdiyi bəzi tariflərin səlahiyyət həddini aşdığını bildirib. Tramp isə qərarı “anti-Amerika” adlandıraraq sərt tənqid edib.

Administrasiya rüsumları 70-ci illərdəki Ticarət Qanununun 122-ci maddəsinə əsasən 150 gün müddətinə tətbiq edir. Ağ Ev bildirir ki, məqsəd ticarət kəsirini azaltmaq və Amerika istehsalçılarını qorumaqdır. Lakin son məlumatlara görə, ABŞ-ın ticarət kəsiri 1,2 trilyon dollara çataraq artım göstərib.

Böyük Britaniya və Avropa Birliyi vəziyyəti qiymətləndirdiklərini açıqlayıb, bəzi ölkələr isə mümkün cavab tədbirlərini istisna etməyib.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

“Azərbaycan-Ermənistan normallaşması regional əlaqəliliyi gücləndirir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu