29 C
Baku
28 İyun 2025, 18:28
DünyaHadisə

Trampın əleyhdarları aksiya keçiriblər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın əleyhdarları Manhettendə “Tramp Tower” yaxınlığında aksiya keçiriblər.

Bugun.tv xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat yayıb.

“Tramp Tower”in yerləşdiyi 5-ci prospektdə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaşansa da, yürüş qadağan olunmayıb. Aksiyaçılar bayraq və loqolarla bəzədilmiş yük maşınlarından istifadə ediblər.

Polis nəzakətlə vətəndaşlardan yolda hərəkət etməyi xahiş edib. Onlar həmçinin, jurnalistləri xüsusi sədddən keçməyə çağırıblar.

Qeyd edək ki, Tramp dünən Nyu Yorka gəlib və bu gün məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, keçmiş ABŞ prezidentini porno aktrisa Stormi Danielsi susdurmaq məqsədi ilə 130 min dollar pul ödədiyi və Trump Təşkilatının maliyyə sənədlərini saxtalaşdırdığı üçün ittiham olunur.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Günəş sisteminin kənarında kəşf edilən sirli strukturun qalıqları

Aynur Camal

6 mindən artıq narkotik tərkibli bitki məhv edildi

Kəmalə Sultan

BMGK Livan gündəmi ilə toplandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu