24 C
Baku
11 Sentyabr 2025, 10:27
Baş xəbərİqtisadiyyat

Tranzit keçən nəqliyyat vasitələrinə görə yol vergisi tutulacaq

Milli Məclisin Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qəbul edilib.

Bildirilib ki, Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə münasibətdə yol vergisi tətbiq olunacaq. Məcəllənin 209-cu maddəsindəki təklifə görə, ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.

Aynur Camal

Oxşar xəbərlər

BMT: “Edamlara qarşı yüksək siyasi xərclər tətbiq edilməlidir”

Aynur Camal

Hərbi Prokurorluq: Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir

Aynur Camal

Güclü yağış təsirli oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu