9 C
Baku
23 Dekabr 2024, 4:33
HadisəKriminal

Trepovanın törətdiyi terror aktı ilə bağlı iddiaların məbləği 50 milyona yüksəldi

Bugun.tv xəbər verir ki, Sankt-Peterburq kafesində müharibə müxbiri Vladlen Tatarskinin ölümü ilə nəticələnən partlayışda ittiham olunan Darya Trepovadan və onun ortağı Dmitri Kosintsev 50 milyon rubldan çox pul tələb ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

“Fontanka” nəşri özünün Telegram kanalında aydınlaşdırır. Terror aktı ilə bağlı 85 qurbandan 17-si mülki iddia qaldırıb. Onlar Trepovadan 31 milyon rubl tələb ediblər. Bu məbləğin 15 milyonunu isə ölən hərbi müxbirin anası istəyib. Zərərçəkmişlərdən bəziləri Dmitri Kasintsevə qarşı mülki iddia qaldırıb. Ondan 8,3 milyon rubl tələb ediblər. Trepova məhkəmənin qərarından asılı olmayaraq, dəymiş ziyanı şəxsi qaydada ödəməyə çalışacağını bildirib.

Daria Trepova Ukraynada yerləşən təşkilatçıların göstərişi ilə Sankt-Peterburqdakı kafedə müharibə müxbiri Vladlen Tatarskiyə partlayıcı qurğu olan heykəlcik hədiyyə edib. Nəticədə hərbi müxbir aldığı xəsarətlərdən sonra dünyasını dəyişib. Eyni zamanda müəssisədə olan daha 52 nəfər yaralanıb.

Mənbə: lenta.ru

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

180 milyon dəyərində əməliyyat oldu: 32 nəfər saxlanıldı

Bugün TV

Sükan arxasında huşunu itirən sürücü 3 avtomobilə çırpıldı

Bugün TV

Güclü yağış oldu: Yollar gölə çevrildi, 3 nəqliyyat vasitəsi xarab oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu