Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Vaşinqtondakı Ağ Ev bağçasında UFC döyüş qəfəsi qurulması üçün böyükmiqyaslı layihəyə start verib.
Məlumata görə, “UFC Freedom 250” adlı tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə 14 iyun tarixində keçiriləcək. Organizasiya çərçivəsində Beyaz Saray ərazisində xüsusi döyüş qəfəsi inşa olunur.
Bildirilir ki, layihə üçün indiyədək təxminən 60 milyon dollar vəsait xərclənib. Son görüntülərdə tikinti işlərinin davam etdiyi, xüsusi səhnə və arena hissələrinin hazırlandığı qeyd olunur.
Məlumata əsasən, tədbirdə yalnız iki əsas titul döyüşü keçiriləcək. Braziliyalı Alex Pereira fransalı Ciryl Gane ilə, Gürcüstanlı Ilia Topuria isə Justin Gaethje ilə qarşılaşacaq.
UFC prezidenti Dana White bildirib ki, tədbiri əsasən hərbi qulluqçulardan ibarət təxminən 4 300 nəfər yerində izləyəcək. VIP biletlərin isə 1,5 milyon dollara qədər yüksələcəyi gözlənilir.
Mənbə: Ensonhaber
