Baş xəbər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

“Bu gün- 28 May Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici günlərdən biridir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə formalaşdığını təsdiqləyir. Və müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”.

Bugun.tv-xəbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov sosial media hesabında şərh paylaşıb.

O qeyd edib ki, 108-ci ili tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müsəlman Şərqində ilk demokratik respublikanın əsası qoyulub və xalqımız müstəqil dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirib.

Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən dövlət bayrağı, gerb və himn bu gün də Azərbaycanın əsas dövlət atributları olaraq xalqımızın müstəqilliyini və dövlətçilik ənənələrini təcəssüm etdirir.

Paylaşımda Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərə də toxunulub. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan güclü və sabit dövlətə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strateji xətt uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu daha da artır.

Ceyhun Məmmədov xüsusilə Vətən müharibəsində qazanılan tarixi qələbənin Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini daha da möhkəmləndirdiyini vurğulayıb. Deputat bildirib ki, işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünün və xalqımızın birliyinin göstəricisidir.

Deputat paylaşımının sonunda qeyd edib ki, Azərbaycanın qarşısında duran ən vacib vəzifə müstəqilliyi daima qorumaq və daha da möhkəmləndirməkdir. O, 28 May – Müstəqillik Günü münasibətilə xalqı təbrik edərək dövlətimizə əbədi müstəqillik, xalqımıza isə birlik və firavanlıq arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

“Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu