DünyaSiyasət

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin Dövlət Başçısı Şi Cinpinqlə görüşmək üçün Pekinə gedib. Trampın təyyarəsi Çinin paytaxtına enib və onu hava limanında Çin rəhbərliyi tərəfindən təyin olunan rəsmi nümayəndə heyəti qarşılayıb.

Məlumata görə, ABŞ prezidenti qarşılayan heyət üzvləri ilə təkbətək görüşərək söhbət edib. Daha sonra Tramp üçün rəsmi qarşılanma mərasimi təşkil olunub və o, kortejlə hava limanını tərk edib.

Qeyd olunur ki, Donald Trampın ikinci prezidentlik dövründə Çinə münasibəti əvvəlki ABŞ administrasiyalarından fərqlənir. Vaşinqtonun Pekinə daha çox iqtisadi və geostrateji tərəfdaş kimi yanaşdığı bildirilir.

Xatırladaq ki, Tramp və Şi Cinpinq arasında ilk yüksək səviyyəli görüş 2017-ci ildə ABŞ-ın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında keçirilmişdi. Sonrakı illərdə tərəflər arasında münasibətlər ticarət müharibələri və qarşılıqlı gömrük rüsumları səbəbindən gərginləşsə də, dialoq kanalları açıq saxlanılıb.

Ekspertlər hesab edir ki, Pekində keçiriləcək bu görüş təkcə ABŞ-Çin münasibətləri üçün deyil, həm də qlobal ticarət, enerji təhlükəsizliyi və Yaxın Şərqdəki proseslər baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

NATO baş katibi Mark Rutte: Əsas təhlükələr Rusiya, Çin və Şimali Koreyadır

Aynur Camal

Macarıstan pul vahidləri avroya keçməyi hədəfləyir

Aynur Camal

Alimlərdən yeni iddia: Su iki fərqli mayenin qarışığı ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu