Maraqlı faktlar

Tualet kağızını əvəz edən yeni sistem yayılmağa başladı

Bugun.tv xəbər verir ki, dünyanın müxtəlif ölkələrində tualet kağızından istifadəni azaltmağı hədəfləyən yeni nəsil – Bide funksiyalı ağıllı unitazlar- sürətlə populyarlaşır.

Məlumata görə, uzun illərdir Asiya ölkələrində istifadə olunan bu texnologiya artıq Avropa bazarında da geniş yayılmağa başlayıb. Sistem xüsusi su püskürtmə mexanizmi vasitəsilə təmizlik təmin edir və bir çox modeldə isti hava ilə qurutma funksiyası da mövcuddur.

Mütəxəssislər bildirirlər ki, su ilə təmizlənmə daha yüksək gigiyena təmin etməklə yanaşı, tualet kağızı istehlakını da əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə həm ekoloji baxımdan faydalı hesab olunur, həm də uzunmüddətli perspektivdə xərclərin azalmasına kömək edir.

Yeni sistemlərdə oturacağın qızdırılması, suyun temperaturunun tənzimlənməsi, avtomatik təmizləmə və qoxugötürmə kimi əlavə funksiyalar da yer alır. İstehsalçılar mövcud unitazlara quraşdırıla bilən elektron Bide qapaqları da təklif edirlər ki, bu da texnologiyanın daha geniş istifadəçi kütləsinə çatmasına imkan yaradır.

Mənbə: sozcu.com

Aynur Camal

Oxşar xəbərlər

Sakit okeanın dibində 52 günlük araşdırma: Alimlərin yeni nümunələri

Aynur Camal

1953-cü ildən bəri boş qalan adanın yeni sakinləri müəyyənləşdi

Aynur Camal

Alimlər qədim insanların istifadə etdiyi 100 min illik alətləri yenidən araşdırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu