Baş xəbərKriminal

Tumba oğruları saxlanıldı – FOTO

Bugun. tv xəbər verir ki, Nərimanovda avtomobillərin qanunsuz parklanmasına qarşı
quraşdırılan 14 ədəd tumbanı oğurlayanlar həbs olunub.

Əməliyyatı Nərimanov Rayon 16-cı Polis Bölməsinin əməkdaşları keçiriblər. Nəticədə avtomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Əvəllər məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənovdur  tutularaq istintaqa təqdim olunublar.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək park ərazisindən 14 ədəd dəmir tumba oğurlayıblar.

Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb.

Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Şərh yazın