Baş xəbərSiyasət

Tural İsmayılov: “İran fars körfəzi ilə siyasətində haqsızdır”

Tural İsmayılov

“İranın fars körfəzi ilə bağlı siyasəti əlbəttə ki, haqsızdır. Çünki, İran bu məsələ ətrafında uzun illərdir manipulyasiya aparır. Burda təkcə özlərini fikirləşərək dünya coğrafiyasının digər ölkələrinin belə böyük imkanlara malik olan körfəzdə bağlı imkanlarını qısıtmağa çalışır. İranın bu siyasi aqressivliyi və ambisiyaları nəhayətində regionda gərgin vəziyyətin qalmağına səbəb olur”.

Bu fikiri Bugun.tv-yə özəl olaraq tanınmış politoloq Tural İsmayılov bildirib.

Onun fikrincə, İranın bu tip ambisiyalarının nəticəsi bölgədə qarışıqlığın yaranmasına səbəb olur. Səudiyyə Ərəbistanı ilə İran müxalif kanalları vasitəsilə münasibətləri yaxşılaşdırmaq üçün müəyyən danışıqlar aparırlar. Amma bu danışıqların nəticələri bütövlükdə prosesə necə təsir edəcəyi və hansı dəyişikliklər yaradacağı hələ ki, dəqiq bir nəticə olaraq proqnozlaşdırıla bilmir.

“Amma hələ də dünya dövlətləri haqlı olaraq İrana güvənir. Çünki, İran başlanan bütün danışıqlardan sonra çox əcaib formada sabotaj edib. Ona görə də Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin inkişafı ilə bağlı qapılar arxasında davam edən görüşlərin nəticəsinin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Amma tarixi analogiyalar göstərir ki, İran bu tip məsələlərdə daim sonradan geri addımlar atıb. O baxımdan hələ ki,proses ilə bağlı müsbət dəyişiklik gözlənilmir “, – politoloq qeyd edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

BMT elm insanları Qlobal Su Problemləri üçün yeni fəaliyyət planı tələb edir

Aynur Camal

Dünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üçün Beş Yeni Texnologiya Mərkəzini İşə Salır

Aynur Camal

“Davos görüşü Azərbaycan–ABŞ strateji tərəfdaşlığında yeni mərhələ açır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu