29 C
Baku
28 İyun 2025, 21:40
Baş xəbərDünya

Turbulentliyə girən təyyarədə 11 nəfər yaralanıb

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Buenos-Ayresdən Frankfurta uçan təyyarənin güclü turbulentliyə girməsi nəticəsində 11 nəfər xəsarət alıb.

Alman mətbuatında yer alan xəbərlərə görə, 39 sərnişini olan DLH511 reys nömrəli Boeing 747-8 jumbo reaktiv təyyarəsi Atlantik okeanı üzərində şiddətli turbulentliyə girib.

Turbulentlik səbəbindən 6-sı ekipaj üzvü və 5-i sərnişin olmaqla 11 nəfər yüngül xəsarət alıb.

Təyyarə eniş etdikdən sonra yaralılara tibbi yardım göstərilib. Lufthansa rəsmiləri açıqlamasında bildiriblər ki, şiddətli turbulentliyə baxmayaraq, uçuş təhlükəsizliyində heç bir problem yoxdur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Cüdo üzrə Qran-Pri turniri yekunlaşdı

Aynur Camal

Müdafiə Nazirliyi məlumat yaydı

Nigar Məmmədova

Stres uzun ömrün qənimidir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu