2 C
Baku
14 Dekabr 2024, 21:20
Baş xəbərDünya

Turbulentliyə girən təyyarədə 11 nəfər yaralanıb

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Buenos-Ayresdən Frankfurta uçan təyyarənin güclü turbulentliyə girməsi nəticəsində 11 nəfər xəsarət alıb.

Alman mətbuatında yer alan xəbərlərə görə, 39 sərnişini olan DLH511 reys nömrəli Boeing 747-8 jumbo reaktiv təyyarəsi Atlantik okeanı üzərində şiddətli turbulentliyə girib.

Turbulentlik səbəbindən 6-sı ekipaj üzvü və 5-i sərnişin olmaqla 11 nəfər yüngül xəsarət alıb.

Təyyarə eniş etdikdən sonra yaralılara tibbi yardım göstərilib. Lufthansa rəsmiləri açıqlamasında bildiriblər ki, şiddətli turbulentliyə baxmayaraq, uçuş təhlükəsizliyində heç bir problem yoxdur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Çelsi”nin satışından qazancın bir hissəsi ukraynalılara veriləcək

Aynur Camal

Yük maşını ilə mikroavtobus toqquşdu: 8 nəfər yaralandı

Kəmalə Sultan

Bodrumda yol qəzası: 1-i uşaq olmaqla 4 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu