30 C
Baku
28 İyun 2025, 17:26
Dünya

Turist foto çəkdirərkən 590 metr hündürlükdən yıxıldı

Bolqarıstanın məşhur xizək kurort Banksoda foto çəkdirmək istəyərkən sürüşərək 590 metr hündürlükdən yıxılan iranlı turist bütün müdaxilələrə baxmayaraq həyatını itirib. İrlandiyada yaşayan 30 yaşlı kişi iş tətilini keçirmək üçün Bolqarıstanın məşhur xizək kurortu Banksoya gedib.

İrlandiyalı turist buradakı otelə daxil olduqdan sonra xizək sürməyə başlayıb və Bolqarıstanın ikinci ən yüksək dağı olan Vihren dağının yamaclarında qrupla gəzintiyə çıxıb.

Adı açıqlanmayan turist mənzərəyə qarşı fotolar çəkdirmək istəyib. Birdən adam sürüşərək dağın yamacından aşağı yıxıldı.

Təxminən 590 metr hündürlükdən qayaların üzərinə yıxılan şəxs qəza nəticəsində ağır yaralanıb.

Dağ-xilasetmə qrupu hadisə yerinə cəlb olunub və yaralı qısa müddətdə Bolqarıstanın Razloq şəhərindəki xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq gənc həyatını itirib.

İrlandiya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumatlara malik olduqlarını və ailəyə dəstək olduqlarını açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

2 yaşlı uşaq valideynləri yatarkən boğuldu

Aynur Camal

Qrip epidemiyası: 1 nəfər öldü, 7 nəfər reanimasiyada

Aynur Camal

Türkiyə və 38 ölkə təqdimat edəcək… Ədalət Divanında Qəzzaya kömək döyüşü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu