Çində turistlərin əyləncəli səyahəti gözlənilməz qəza ilə faciəyə çevrilib.
Quizhou əyalətinin Qianxi şəhərində 79 nəfərlik turist qrupu 4 qayığa bölünərək dəniz turuna çıxarılıb.
Lakin turistlərin səfəri zamanı güclü külək yaranıb.
9 ÖLÜ, 70 YARALI
4 qayığın küləyə tab gətirə bilmədiyi üçün çevrildiyi bildirilib. Səlahiyyətlilər qəzada 9 nəfərin öldüyünü, 70 nəfərin isə xəstəxanaya aparıldığını açıqlayıb.
Çin prezidenti Si Cinpin bütün mümkün vasitələrdən istifadə etməklə axtarış-xilasetmə işlərinin aparılmasını əmr edib.
Xi qeyd edib ki, son vaxtlar oxşar qəzalar artıb və təhlükəsizlik tədbirləri hərtərəfli nəzərdən keçirilməli və gücləndirilməlidir.
Mənbə: EnSonHaber