Dünya

Türk-Amerikan təşkilatlarından ABŞ Konqresində F-35 çağırışı

Bugun.tv xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Türk-Amerikan vətəndaş cəmiyyəti təşkilatları Türkiyənin F-35 qırıcı təyyarələri proqramına yenidən qaytarılması və müdafiə sahəsində əməkdaşlığın qarşısındakı məhdudiyyətlərin aradan qaldırılması üçün ABŞ Konqresində 50-dən çox qanunverici ilə görüşüb.

Təşkilatların nümayəndələri Konqres üzvlərinə Türkiyə ilə ABŞ arasındakı müdafiə əməkdaşlığının əhəmiyyəti ilə bağlı birgə imzalanmış məktub təqdim ediblər.

Təşəbbüsdə Türk-Amerikan Dərnəkləri Assambleyası (ATAA), Türk-Amerikan Koalisiyası (TCA), Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF), Türk-Amerikan Milli Rəhbərlik Komitəsi (TASC), MÜSİAD USA, Cənubi Türk-Amerikan Ticarət Palatası (TACCS) və ASKON USA iştirak edib.

F-35 satışına dəstək çağırışı

Konqres üzvlərinə təqdim edilən məktubda Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik münasibətlərinin, həmçinin iki ölkənin müdafiə sahəsində əməkdaşlığının regional və qlobal təhlükəsizlik baxımından əhəmiyyətinə diqqət çəkilib.

Təşkilatlar ABŞ Konqresini Türkiyəyə F-35 qırıcılarının satışını dəstəkləməyə və müdafiə əməkdaşlığının qarşısındakı sanksiya və digər məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.

Məktubda Türkiyə ilə ABŞ arasında müdafiə əməkdaşlığının hər iki ölkənin maraqlarına xidmət etdiyi vurğulanıb. F-35 satışının dəstəklənməsinin NATO-nun birliyinə, regional sabitliyə və Ankara-Vaşinqton münasibətlərinə mühüm töhfə verə biləcəyi bildirilib.

“NATO-nun bütövlüyünə sərmayə”

Türk-Amerikan təşkilatlarının fikrincə, Türkiyənin inkişaf edən müdafiə sənayesi Avropanın öz təhlükəsizliyində daha böyük məsuliyyət daşımasını nəzərdə tutan ABŞ siyasəti ilə də uyğunlaşır.

Məktubda F-35 satışının təsdiqlənməsinin Türkiyənin ABŞ və NATO ilə uyğun fəaliyyət göstərən təchizatçılarla müdafiə sahəsində əməkdaşlığını davam etdirməsinə imkan verəcəyi qeyd olunub.

Təşkilatlar F-35 proqramına qayıdışın yalnız Türkiyə-ABŞ münasibətləri baxımından deyil, NATO-nun hərbi imkanlarının və regional təhlükəsizliyin gücləndirilməsi baxımından da əhəmiyyətli olduğunu müdafiə ediblər.

Türkiyənin regional roluna diqqət çəkildi

Məktubda Türkiyənin regiondakı roluna da xüsusi diqqət yetirilib. Ankara-Rusiya və Ukrayna arasındakı müharibədə vasitəçilik səyləri, həmçinin Suriyada sabitliyin təmin olunmasına yönəlmiş fəaliyyəti ilə bağlı mövqeyini vurğulayıb.

Türk-Amerikan təşkilatları hesab edir ki, Türkiyəyə F-35 satışının qarşısındakı maneələrin aradan qaldırılması iki ölkə arasındakı müdafiə əməkdaşlığını gücləndirməklə yanaşı, NATO-nun birliyinə və regional təhlükəsizliyə də müsbət təsir göstərə bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ sanksiyalarını kəskin tənqid etdi

Aynur Camal

İsrail ordusu 5 yaşlı Hind Rəcəbin öldürülməsi ilə bağlı cinayət araşdırmasına başladı

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu