33 C
Baku
16 İyul 2024, 19:16
Baş xəbər

Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tədbir keçiridi – FOTO

Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən (TCOD) Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib.

Bugun.tv xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Türkiyə Cümhuriyyəti ölkələrinin oftalmologiya sahəsində nailiyyətləri, tədqiqat nəticələrini və innovasiyaları müzakirə etmək olub.

  Tədbiri giriş nitqləri ilə TCOD-un genel başkanı Öner Gelişken, TCOD-un onursal başkanı Sunay Duman, TCOD-un baş katibi Züleyha Yalnız Akkaya, tədbirin ev sahibi Orhan Ateş, TOD-un baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül açıq elan ediblər.

Tədbirin moderatorluğunu Dr. Yazgül Abdıyeva, Prof. Dr. Süleyman Kaynak və Dr. Bekir Sitki aparıb.

  Tədbirdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodiki” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva tərəfindən məruzə səsləndirilib.

Y. Abdıyeva ilk olaraq çıxışına ulu öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdırmasından, həmçinin prezident İlham Əliyevin “biz birlikdə güclüyük” şüarlarını səsləndirməklə başlayıb. O, bu şüarlara istinad edərək bildirib: – Türkiyə ilə Azərbaycanı birləşdirən qardaşlıq və onlar arasındakı möhkəm bağlar danılmazdır, güclüdür. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

  Daha sonra o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günü mövzusunda çıxışına davam edib.

Y. Abdıyeva akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətini vurğulayaraq Mərkəz və Səyyar Klinikanın fəaliyyətindən geniş şəkildə bəhs edib. Beynəlxalq və yerli konfranslardan, tibbi aksiyalardan, kurslar və s. kimi müxtəlif aspektlərdən ətraflı məlumat verib.

Y. Abdiyevanın çıxışında Mərkəzin gözə qulluq sahəsində mükəmməlliyə doğru inkişafı və regionda oftalmoloji fəaliyyətin inkişaf etdirilməsi istiqamətində beynəlxalq, xüsusilə Türkiyə ilə əməkdaşlığın olduğu daimi konfransların keçirildiyini qeyd edib.

Sonda Y. Abdıyeva tədbirin Dədə Qorqudun yurdu Bayburtda yüksək səviyyədə keçirilməsində iştirak edən, ev sahibi olaraq millət vəkili Prof. Orhan Ateşə, TCOD-un onursal başkanı Sunay Duman və TCOD-un genel başkanı Öner Gelişkenə mühüm rollarına görə təşəkkür edib.

Tədbirdə eyni zamanda Azərbaycandan Tural Qəlbinur, Türkiyədən – Ayşe Burcu, Umay Güvenç, Züleyha Yalnız Akkaya, Fatih Mehmet Mutlu, Bekir Sıtkı Aslan, Süleyman Kaynak, Oya Dönmez, Ilgaz Yalvaç, Nurten Ünlü, Betül Önal Günay, Levent Karabaş, Ecem Önder Tokuc, Qırğızıstandan – Azizbek Eshmambetov, Özbəkistandan – Nazım Zaynutidinov, Şimali Kipr Türk Respublikasından – Şerife Özhuy məruzələri ilə çıxış edib.

Həmçinin Azərbaycandan Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən dr. Aynur Nəbiyeva tədbirdə iştirak edib.

Tədbirdən sonra iştrakçılara sertifikat təqdim olunub və Bayburt şəhərində Baksi muzeyinə program təşkil edilib.

Aynur Camal

Oxşar xəbərlər

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb

Aynur Camal

“Beynəlxalq hüquq normalarına əməl etməyən, ədalətdən uzaq molla rejimi!”

Nigar Məmmədova

İlham Əliyev OPEC-in baş katibini qəbul edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu