14 C
Baku
24 Aprel 2026, 20:22
Baş xəbərDünya

Türk şorbası dünyada 3-cü yeri tutdu

Bugun.tv xəbər verir ki, qida və restoran bələdçisi olan TasteAtlas internet saytı “Dünyanın ən yaxşı şorbaları”nın siyahısını dərc edib.

Mərci şorbası dünyada ən çox bəyənilən və qiymətləndirilən 3-cü şorba olub.

TasteAtlas sosial media hesabından edilən paylaşımda mərci şorbası ilə bağlı məlumat verilib.

“Məşhur türk şorbası olan mərci şorbası TasteAtlas izləyicilərinə görə dünyada ən yüksək qiymətləndirilən 3-cü şorbadır. Ulduz tərkib hissəsi qırmızı mərcidir! Şorba Türkiyənin kənd yerlərində, xüsusilə yerli restoranlarda səhər yeməyi, nahar və ya şam yeməyində istehlak edilir”.

Siyahıda birinci yeri “Tonkotsu ramen” adlı yapon şorbası, ikinci yeri isə Polşanın “Zurek” şorbası alıb.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu