24 C
Baku
13 Sentyabr 2026, 23:48
Baş xəbərSiyasət

“Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”

Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb.

Bugun.tv  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”.

Aynur Camal

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Ekspert: Yəməndə Husilərin güclənməsi İranın strateji mövqeyini möhkəmləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu