17 C
Baku
10 İyun 2025, 5:58
Sosial

Türkcə Yetərlilik İmtahanından yüksək bal toplayanlarla görüş olub

Bugun.tv xəbər verir ki, TRYÖS-də birinci olanlar və müxtəlif ballarla sıralananlar Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində olublar.

Mərkəzin direktoru Selcuk Karakılıç tələbələrlə söhbət edib. Onların gələcək planları ilə maraqlanıb. “İndi Türkiyədə təhsil almağın vaxtıdır. Dünya üzrə TRYÖS imtahanında 11 tələbə birinci yeri tutdu. Onlardan 8-i azərbaycanlı qardaşlarımızdır. Tələbələrlə görüş keçirdik, söhbət etdik. Onlar  həkim, elektrik mühəndisi, prokuror olmaq arzusundadırlar. Bakı Yunus Əmrə İnstitutu bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək. Onlara güvənirik və uğurlar arzulayırıq”,- S.Karakılıç bildirib.

Sonda tələbələrlə xatirə şəkilləri çəkdirilib.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İşəgötürənin məsuliyyət sığortası nədir? – EKSPERT MÜNASİBƏTİ

Kəmalə Sultan

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Aynur Camal

Komandoların taktiki-xüsusi təlimi keçirilir – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu