Bugun.tv xəbər verir ki, Türkiyə ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmaq planlarından ehtiyat edib. Lakin ABŞ-ın təkcə Suriyadan deyil. Bütövlükdə Yaxın Şərqdən də çəkilmək istəyi tendensiyasına işarə etdi. Bu barədə “Hürriyet” məlumat yayıb.
Nəşr Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb: “Bu cür xəbərlərə rəsmi açıqlama və icraat olmadıqda ehtiyatla yanaşmaq lazımdır”.
Qəzetin köşə yazarı Abdulkadir Selvinin qeyd etdiyi kimi, ABŞ İsrail və İranın onları Yaxın Şərq bataqlığına sürüklədiyini anladığı üçün qoşunlarını çıxarıb Yaxın Şərqi tərk etmək istəyir. “İsrailə qeyd-şərtsiz dəstək verməklə, xüsusən də [radikal Fələstin hərəkatı] HƏMAS-ın Qəzzaya hücumundan sonra [ABŞ] tələyə düşdü. Bu proses Qırmızı dənizdən Pakistana qədər olan əraziyə yayılmağa başladı. Bu baxımdan ABŞ [problemin] həlli yollarını axtarmağa başladı” deyə o, yekunlaşdırıb.
Bundan əvvəl məlum olub. Amerika hakimiyyəti öz qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edir. Yaxın Şərq İnstitutunun Suriya və terrorizm və ekstremizmlə mübarizə üzrə proqramların rəhbəri və baş elmi işçisi Çarlz Lister bildirib ki, ABŞ artıq orada hərbi mövcudluğunu saxlamağa ehtiyac görmür.
Mənbə lenta.ru
Müxbir Qaytən Qasımzadə