“Türkiyə Tek Gönül”ün birgə yayımında məşhur serial və proqramların simaları AFAD və Qızılaya ianə toplayıb. İş adamlarından tutmuş, pullarını kumbaralarında bağışlayan uşaqlara qədər milyonlarla insanın qatıldığı kampaniyada 115 milyard 146 milyon 528 min TL ianə toplanıb. Kahramanmaraş və Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbəkir, Şanlıurfa, Kilis və Elazığda baş verən zəlzələlərin dağıdıcı nəticələrini yaşayan vətəndaşlarımız üçün birgə yayımda Türkiyə bir ürək oldu.
Kanal D, TRT1, ATV, FOX, Kanal 7, Show TV, Star, TV8 başda olmaqla 213 yerli və xarici televiziya kanalı və 562 radioda yayımlanan “Tək Gönül Türkiyə” adlı kampaniya ilə bağlı yayımlanan verilişin moderatorluğu Nihat Hatipoğlu, Pelin Çift olub.
Eyni zamanda Çağla Şikel, Tümer Doğru, Nazlı Çelik, Acun Ilıcalı, Didem Arslan Yılmaz və Deniz Bayramoğlunun aparıcılığı ilə “Türkiyə, tək ürək” adlı yardım kampaniyasında Türkiyə ilə yanaşı Azərbaycan Televiziyası və Şimali Kiprin televiziya və radio kanalları da iştirak ediblər.
Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.