4 C
Baku
6 Dekabr 2022, 15:26
Baş xəbər

Türkiyə Cümhuriyyət gününü qeyd edir

Türk millətinin tarixində bu gün yeni bir dövrün- cümhuriyyətin qapıları açılıb.

 1923-cü ilin oktyabrında Cümhuriyyətin elan edilməsi ilə türk millətinin tarixində yeni bir dövrün qapıları açılıb və “Hakimiyyət qeyd-şərtsiz millətindir” ifadəsi ən bariz şəkildə dövlət idarəçiliyində öz yerini tutub.

1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Samsuna enərkən alovlanan istiqlal məşəli türk millətinin böyük mübarizəsi sayəsində bir daha sönmədi.

 Yeni türk dövlətinin varlığı 24 iyul 1923-cü ildə imzalanmış Lozanna müqaviləsi ilə qeydə alınıb.

1923-cü il oktyabrın 13-də, ikinci dövr Türkiyə Böyük Millət Məclisinin toplanmasından 2 ay sonra Ankara Türkiyənin hökumət mərkəzi oldu. Bundan sonra indiki rejimin adı bütün aydınlığı ilə verilməli və yeni dövlətin başçısı seçilməli idi.

Həmin günə qədər Türkiyə Böyük Millət Məclisinin sədri kimi Cümhuriyyətin başçılığını Mustafa Kamal Paşa icra edirdi. Digər tərəfdən bəzi xarici ölkələr Lozanna müqaviləsinin təsdiqi üçün Türkiyədə yeni dövlət rejiminin daha dəqiq müəyyənləşdirilməsini istəyirdilər.

1923-cü il oktyabrın 27-də İdarə Heyətinin istefaya getməsi və Məclisin etimadını qazanacaq kabinet siyahısının yaradılmaması da bu problemin təcili həllini tələb edirdi.

1923-cü il oktyabrın 28-i axşama qədər hökumət qurula bilməyəndən sonra Mustafa Kamal Paşa Çankaya Köşkündə  dostları üçün süfrə hazırlatdırdı.

Mustafa Kamal Paşa İsmət Paşa, Əli Fuat Paşa, Halit Paşa, Kemalettin Sami bəyin qatıldığı şam yeməyində deyib:

“Sabah biz Respublika elan edəcəyik”.

“Orada olan dostlar mənim fikrimlə dərhal razılaşdılar. Yeməyi buraxdıq. O andan etibarən necə davranmaq barədə qısa bir proqram hazırladım. Və nəticədə bu qərar “Yaşasın Cümhuriyyət” səs və alqışlarla qarşılandı”.

Həmin gecə Mustafa Kamal Paşa və İsmət Paşa 1921-ci il Konstitusiyasının bəzi maddələrinə dəyişiklik edən qanun layihəsini hazırladılar.

 “Türkiyə dövlətinin idarə forması cümhuriyyətdir”- qərarı ilə Türkiyə Böyük Millət Məclisində müddəanı ehtiva edən qanun layihəsi ilə bağlı çıxışlar, müzakirələr edilib. Artıq saat 20.30-da iclasa qatılan 158 üzvün hamısının səsi ilə Cümhuriyyətin elanı qəbul edilib. Cümhuriyyətin elan edilməsi “Yaşasın Cümhuriyyət” səsləri və alqışlarla qarşılanıb.

  Sonra prezident seçkiləri keçirilib. Gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini toplayan Qazi Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türkiyə dövlətinin ilk prezidenti seçilib.

Bunun üzərindən kürsüyə qalxan Mustafa Kamal Paşa çıxışını “Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu və qalib olacaq” sözləri ilə bitirib.

 Bununla da dövlətin adı və rejimi ilə bağlı müzakirələrə son qoyuldu və prezidentlik məsələsi həll olundu. Hökumətin formalaşdırılması yolu yenidən təşkil olundu.

  1924- cü ildən  oktyabrın 29-dan 30-na keçən gecəni  türk xalqı Cümhuriyyətin elan olunmasını Milli Bayram günü kimi qeyd edir.

Oxşar xəbərlər

UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında tarixi qərar qəbul edilib

Aynur Camal

“Məhkəmə qərarı olsa da, “MALİBO” MMC evimizi təhvil vermir” – ŞİKAYƏT

Aynur Camal

Fərat Qalxanı əməliyyatı ekranlaşdırıldı – “KOMUTAN” / FOTOLAR

Aynur Camal