Siyasət

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

Bugun.tv xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (parlament) İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Beləliklə, Macarıstan hələ də İsveçin üzvlük iddiasını ratifikasiya etməyən yeganə NATO ölkəsi olaraq qalır.

Səsvermədə 346 deputat iştirak edib. Onlardan 287-si qanun layihəsini dəstəkləyib. 55-i mənfi, dördü isə səs verməkdən imtina edib.

Finlandiya və İsveç 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün ərizələrini təqdim edərək bildiriblər. Bu addımın atılmasına Ukraynada baş verənlər səbəb olub. Finlandiya 4 aprel 2023-cü ildə alyansa rəsmən qoşulub.

Mənbə: tass

Müxbir: Qaytən Qasımzadə

 

Bugün TV

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Aynur Camal

Kim Çen In Putini Rusiyanın Milli Günü münasibətilə təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu