22 C
Baku
14 İyul 2025, 6:07
Baş xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınmasında Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasını yüksək qiymətləndirib.

Türkiyə Prezidenti bu addımı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirib.

“BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı qardaş ölkəyə əlavə dəstək də göstərməyə hazırdırlar.

Söhbət əsnasında Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Terror əməliyyatı: 12 nəfər saxlanıldı

Aynur Camal

Danimarka Bağdad səfirliyini bağlayır

Sevinc Sadıqova

Sosial media platforması Linkedİn 700 nəfəri işdən çıxarır, Çin tətbiqini bağlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu