Baş xəbərSosial

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Lənkərana səfər etdi

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün Lənkəran rayonuna səfər edib.

Bugun.tv -xəbər verir ki, İcra başçısı Türkiyə səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, rayonun Türkiyə ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə danışıb.

İcra başçısı cənab Prezident İlham Əliyevin strateji müttəfiqlik səviyyəsində olan Azərbaycan-Türkiyə əlaqələrinin dünyada bənzəri və nümunəsi olmaması fikrini xatırladıb və xalqlarımız arasındakı qardaşlıq bağlarının dərin tarixi köklərinin olduğunu vurğulayıb.

Birol Akgün səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasındakı münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasənda inkişaf etdiyini bildirib.

Qeyd edək ki, türk diplomat səfər çərçivəsində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin təşkilatçılığı ilə Lənkəran sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin süni örtüklü idman sahəsinin açılışında və Lənkəran stansiyasında kənd təsərrüfatı texnikası və avadanlıqlarının təhvil verilməsi mərasimində də iştirak edib.

Aynur Camal

Oxşar xəbərlər

Ay işığı şirin su tısbağalarına necə kömək edir?

Aynur Camal

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Sevinc Sadıqova

Təyyarədəki sərnişinlər tavandan sıçradı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu