Baş xəbər

Türkiyədə 31 Mart soyqırımı anılıb

Bugun.tv xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyi 31 Mart soyqırımı ilə bağlı tədbir keçirib.Təşkilatçı Cavid Əmirov 1918-ci ildə yaşanmış olan faciə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, çıxışında 1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında Bakıda və Azərbaycanın bir çox bölgəsində bolşeviklərlə ermənilərin birlikdə törətdiyi qanlı qətliamlardan bəhs edib. “Xüsusilə, Bakda 30 mart günü erməni əsilli komissar Stepan Şaumyanın göstərişiylə azərbaycanlılara qarşı başladılan soyqırım nəticəsində 15 mindən çox insan vəhşicəsinə öldürüldü. Daha sonra bu qətliamlar Quba, Şamaxı, Ucar və Qarabağda davam etdirildi”. C.Əmirov bolşevik və erməni birliklərinin xüsusi amansızlıqla törətdikləri qətliamlarla Azərbaycan türklərinin və Bakının müsəlman əhalisinin iradəsini qırmaq istədiklərini bildirib. “Bununla da onların ən böyük məqsədi milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq idi”,- tədbirin təşkilatçısı vurğulayıb.

Anım mərasiminin sonunda Cavid Əmirov toplantı iştirakçılarının suallarını cavablandırıb.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

ABŞ-dan 907-ci düzəlişlə bağlı xatirə hədiyyəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu